• $
  • €
  • ₽
  • ₺
  • £

Rus müxbir - "Suriyada snayperçinin boynunda xaç gördüm, dedi "erməniyəm"

Rus müxbir -  "Suriyada snayperçinin boynunda xaç gördüm, dedi "erməniyəm"
10.02.2018 12:17
Rus idmançı və aktrisa, "Anna News”un Suriyadakı müxbiri Sergey Badyuk Suriyada silah istehsalının Erməni Diasporasının çiyinlərində olduğunu bildirib.
Erməni mətbuatı xəbər verir ki, 2017-ci ilin dekabr ayında "Business Online”a verdiyi açıqlamada Bayduk, İŞİD silahlılarına qarşı savaşdan sonra ermənilərlə qarşılaşdığını söyləyib.

Orda gördüklərindən danışan Badyuk "Məni bu qarşılaşma təəccübləndirdi. Hanaser yaxınlığında davam edən şiddətli atışma var idi, bizə zəng edib İŞİD-lə münaqişənin yaşandığını söylədilər. Çəkiliş etdik, sonra silahlı qarşıdurma dayandı. Birdə gördüm snayperçinin boynunda xaç var. Təəccüblə soruşdum: "Adın nədir?” "Rafael” dedi. "Necə yəni Rafael?” dedim, "Erməniyəm” deyə cavab verdi. Güldüm, sonra ordakı bütün snayperçilərin, silahlıların erməni olduğunu öyrəndim. Daha sonra Hələbdə silah fabriklərindən birində çəkiliş edirdim, orda da işləyənlərin hamısı ermənilər idi. Savaş zamanı bu fabrikdən təmas xəttinə qədər sadəcə bir neçə metr məsafə var idi, düşünə bilirsiniz? Və orda bütün istehsalat Erməni Diasporasının çiyinlərində idi” şəklində danışıb.

Ermənilər də daxil olmaqla suriyalı xristianların savaşlardan dolayı çoxlu sayda itkilər verdiyini deyən müxbir "İŞİD-in keçdiyi məhəllələrdə bir soyqırım yaşandı, hər kəsi öldürdülər” ifadələrini işlədib.

Suriya müharibəsindən əvvəl Hələbdə təqribən 60 min erməni yaşayırdı. Qarşıdurmaların yaşandığı gündən 90 min erməninin Suriyanı tərk etdiyi iddia edilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol