Rusiya qırıcıları Ermənistanda hərbi aerodromu məhv edib

Rusiyanın Ermənistanda yerləşən "Erebuni" aviabazasının MİQ-29 qırıcı təyyarələri və "Mİ-24P", "Mİ-8MT" hərbi helikopterləri təlimlər zamanı şərti düşmənin hərbi aerodromunu məhv ediblər.
AzVision.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib.
Rusiya rəsmisi qeyd edib ki, dağlıq ərazinin mürəkkəb meteoroloji şəraitində keçirilən uçuşlar zamanı helikopterlərin ekipajları şərti düşmənin aviasiya texnikasına, aerodromun infrastruktur obyektlərinə zərbələr endirib, uçuş-eniş zolağını sıradan çıxarıb.
www.anews.az
























