An-148-də ölənlərdən biri deputatdır

Rusiyanın Norilsk Şəhər Şurasının deputatı Sergey Pançenko An-148 təyyarə qəzasında həlak olub.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Norilsk şəhər meriyası yayıb. Meriya Pançenkonun həyat yoldaşının artıq Moskvaya uçduğunu bildirib.
Qeyd edək ki, dünən An-148 təyyarəsi qəzaya düşüb. Qəza nəticəsində 71 nəfər həlak olub.
www.anews.az
























