Türkiyə onun başına 4 milyon mükafat təyin etdi

Türkiyə Daxili İşlər Nazirliyi axtarılan terrorçuların siyahısını yeniləyib.
Axar.az xəbər verir ki, yeni siyahıda 230 terrorçunun adı yer alıb. Onların 44-nün adı ən təhlükəlilər siyahısı olan "qırmızı siyahı”ya salınıb. Burada əsasən terror təşkilatlarının rəhbərlərinin adı yer alıb.
Siyahıya ilk dəfə olaraq PYD-nin rəhbəri Saleh Müslümün də adı əlavə edilib. Müslümün başına 4 milyon türk lirəsi dəyərində mükafat qoyulub.
"Qırmızı siyahı”ya yeni əlavə edilənlər arasında Əsəd rejiminin yanında savaşan THKP-C terror təşkilatının lideri Mihraç Ural da var.
www.anews.az
























