• $
  • €
  • ₽
  • ₺
  • £

Ərəb şahzadələrinin beş ulduzlu “həbsxanası” - VIDEO

Ərəb şahzadələrinin beş ulduzlu “həbsxanası” - VIDEO
12.02.2018 16:30
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda  yerləşən, 2017-ci ilin noyabr ayından bu ilin fevral ayına kimi korrupsiyada şübhəli bilinən şahzadə, dövlət məmuru və biznesmenlərin saxlanıldığı beş ulduzlu "Ritz-Karlton” hoteli yenidən qapılarını müştərilərin üzünə açıb.

Anews.az xəbər verir ki, "BBC News” həmin hotelin son görüntülərini yayıb.

Korrupsiya istintaqı çərçivəsində hoteldə 200-ə yaxın insan, o cümlədən ikisi kral Salmanın yaxın qohumları olan 11 şahzadə saxlanılıb. Məlum olub ki, təcrid edildikləri müddətdə bahalı restoranlar, hovuzlar və idman zalı onların sərəncamına verilib.

"BBC News” jurnalisti bildirib ki, noyabrın 4-də hotelə gətirilən zaman kralın qohumları buna çox məyus olub. Əvvəl onlar kütləvi həbslərin nümayiş xarakterli olduğunu düşünüb. Ancaq hoteldə qeyri-müəyyən müddətə saxlanacaqlarını öyrəndikdən sonra bundan hiddətləniblər.

Xatırladaq ki, 5 noyabr 2017-ci ildə Səudiyyə şahzadələri, o cümlədən dörd vəzifədə olan və onlarla keçmiş nazir, vəliəhd şahzadə Məhəmməd bin Salman əl Saudun başçılıq etdiyi Milli Korrupsiya ilə mübarizə Komitəsinin təşəbbüsü ilə aparılan istintaq çərçivəsində saxlanılıb.

Yanvarın 22-də məlum olub ki, hökumət 100 milyard dollar ödəməyə razılıq verəcəkləri halda onları sərbəst buraxacaq.

Dövlət vəsaitlərinin talan edilməsi və rüşvətxorluqda şübhəli bilinən hər saxlanılan şəxsin səkkiz gündən sonra sərbəst buraxıldığı bildirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol