İrəvandan Moskvaya uçan təyyarə təcili eniş etdi

Ermənistanın paytaxtı İrəvandan Moskvaya uçan "Airbus A321” təyyarəsi yanacaq çatışmazlığına görə təcili eniş edib.
AzVision.az "RenTV”-yə istinadən xəbər verir ki, laynerin ekipajı təcili "Pan-Pan" siqnalı verib. Pilotlar yanacağın az olması barədə dispetçerə məlumat veriblər. Dispetçerlər bundan sonra laynerin növbədənkənar enişinə icazə veriblər.
www.anews.az
























