FSB Ermənistanda qarabağlı türkü həbs etdi - Foto

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin Ermənistandakı əməkdaşları Türkiyə vətəndaşını saxlayıblar.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti yayıb. Onun Armavir rayonunda ələ keçirildiyi bildirilib.
Yaxalanan şəxs sərhədi balıq ovu etmək üçün keçib. Rusiya Sərhəd Xidməti 1995-ci il təvəllüdlü bu şəxsin Qarsın Diqor rayonunun Qarabağ kəndindən olduğunu bildirib.
Onun adı ictimaiyyətə açıqlanmayıb.
www.anews.az
























