İsrail və ABŞ kosmosda raketləri ələ keçirəcək

İsrail və ABŞ gecə saatlarında böyük fəaliyyət radiusuna malik və ballistik raketləri kosmosda ələ keçirməyə qadir "Ox-3” raket əleyhinə kompleksləri uğurla sınaqdan keçirib.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu gün 02:30 radələrində İsrail Müdafiə Nazirliyi,= ABŞ Müdafiə Nazirliyi ilə birgə atmosfer üzərində ballistik raketlərin ələ keçirilməsini nəzərdə tutan "Ox-3” raket əleyhinə kompleksini uğurla sınaqdan keçirib”, - deyə İsrail Müdafiə Nazirliyi öz "Twitter” səhifəsində yazıb.
Sınaqlar İsrailin mərkəzi hissəsində "Israel Aerospace Industries” konserni və İsrail Hərbi Hava Qüvvələrinin nəzarəti altında həyata keçirilib.
www.anews.az
























