• $
  • €
  • ₽
  • ₺
  • £

Papadan ermənilərə məktub - Məxfi

Papadan ermənilərə məktub - Məxfi
26.02.2018 11:27
Keçmiş Roma Papası II İohan Pavel 1992-ci il Xocalı soyqırımından sonra bu qətlimı törədən ermənilərə məxfi məktub göndəribmiş.

Publika.az xəbər verir ki, II İohan erməniləri yaratdığı Dağlıq Qarabağ özünümüdafiə dəstələri və rus qoşun birləşmələrinin generallarına məxfi məktubunda Xocalıda baş verənləri "din uğrunda savaş” adlandırır və yazır: "İmkan olarsa, Xocalıya gəlib orada həlak olan erməni qardaşlarımın ruhu qarşısında və döyüş məkanlarında baş əyəcəm”.

"Erməni terroru: Qarabağda müharibənin başlaması. hadisələr...faktlar...” kitabında qeyd edilir ki, Roma Papası "din uğrunda savaş” kimi qiymətləndirdiyi Xocalıda azərbaycanlıları qətlə yetirən ermənilərə və rus ordusunun əsgərlərinə dua edəcəyini məktubunda qeyd edir.

Məxfi məktubun göndərilməsindən 11 il sonra Papa İrəvana gəlir və Qarabağın işğalı zamanı öldürülən ermənilərin məzarlarına gül düzür. Halbuki İrəvana səfərindən bir il öncə Azərbaycana gəlmiş Papa eyni mövqeyi Bakıda sərgiləmir. Təkcə "bu ölkənin dözümlülük və qarşılıqlı anlaşma ruhu ilə fəxr etməmək olmur” ifadəsi ilə kifayətlənir.

II İohan Pavel: 18 may 1920-ci ildə Polşanın Vadovitse şəhərində doğulub. 1938-39-cu illərdə Karakovdakı Yagellon Universitetinin fəlsəfə fakültəsində oxuyub. Alman işğalı dövründə zavodda işləyib və gizli katolik seminariyasında oxuyub. 1946-cı ildə keşiş rütbəsi alıb. 1958-ci ildə yepiskop rütbəsinə yüksəlib. 1963-cü ildə Krakov arxiyepiskopu təyin edilib. II İohan Pavel 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma Papası olub. Ermənistana səfərindən iki il sonra – 2005-ci ilin 2 aprel tarixində Vatikanda vəfat edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol