Avropada qaz 30% bahalaşdı

"Qazprom” Avropadakı qəfil soyuqlarla əlaqədar keçən həftə ərzində Avropaya tədarük etdiyi qazı rekord həddə çatdırıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Vzglyad.ru” saytı yayıb. Avropanın qaz anbarlarında ehtiyatların azalması qazın qiymətinin kəskin şəkildə artmasına səbəb olub. Artımın təxminən 30% həcmində olduğu vurğulanıb.
"Qazprom”un təkcə şənbə günü Avropaya qaz tədarükü 655,2 milyon kub metr təşkil edib.
www.anews.az
























