Rusiya bu ölkələrə TV ilə təsir edir - ABC

ABŞ Rusiyanın Latın Amerikasındakı seçkilərə müdaxiləsindən narahatdır.
Axar.az xəbər verir ki, bu iddia ilə İspaniyanın ABC qəzeti çıxış edib. Qəzet Moskvanın bu müdaxilə üçün Venesuelanın eks-lideri Uqo Çavesin 2005-ci ildə yaratdığı "TeleSur” televiziyasından istifadə etdiyini bildirib:
"Bu televiziya beynəlxalq hadisələrə sol radikal yanaşmanı təqdim edir və ölkədəki iqtisadi vəziyyətin pisləşməsindən danışmır. Vaşinqton bu kanalın Rusiyanın RT və "Sputnik” kimi kütləvi informasiya vasitələri ilə əlaqəli ola biləcəyini düşünür. "TeleSur” xüsusilə Kolumbiya və Meksikada kifayət qədər böyük auditoriyaya sahibdir. ABŞ-ın fikrincə, Rusiya buradakı seçkiyə müdaxiləni hədəfləyir. Moskva Kolumbiyada Qustavo Petro, Meksikada isə Andresa Manuel Lopes Obradoraya yatırım edir”.
www.anews.az
























