Tbilisidə ticarət mərkəzi yanıb

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində ən böyük ticarət mərkəzlərindən birində yanğın hadisəsi baş verib, bu barədə İmedi telekanalı məlumat yayıb.
Məlumata əsasən, yanğının başvermə səbəbləri məlum deyil. Hazırda 35 yanğınsöndürmə briqadası yanğının qarşısını almağa çalışır.
Şəhərin meri Kaxa Kaladzedə hadisə yerindədir.
www.anews.az
























