• $
  • €
  • ₽
  • ₺
  • £

“Apple” ən böyük ekranlı “iPhone” istehsal edəcək

“Apple” ən böyük ekranlı “iPhone” istehsal edəcək
27.02.2018 22:20
"Apple” bu ilin sonunda üç yeni "iPhone” modeli buraxmağı planlaşdırır.

Anews.az xəbər verir ki, bu barədə "Bloomberg” agentliyi korporasiyadan olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yeni  modellər indiyə kimi buraxılmış "iPhone”larla müqayisədə böyük ekrana malik olacaq. Smartfonlar, böyük ehtimalla, yenilənmiş iOS12 əməliyyat sistemi və daha geniş funksionallığa malik "Siri” fərdi yardımçısı ilə təchiz ediləcək.  

Şərti olaraq "D33” adlandırılan böyük smartfon bütün ön panel boyunca yayılan 6,5 düym ekrandan ibarət olacaq və ikiyə bölünən ekran funksiyası ilə təchiz ediləcəyi istisna edilmir.

Bundan başqa, "iPhone X” modelində olduğu kimi, "böyük” smartfonda smartfonu təhlükəsizlik şəkildə blokdan çıxarmağa kömək olan Face ID texnologiyasını işə salıb. "iPhone X” büdcə versiyasında A12 prosessorundan istifadə olunacağı bildirilir.

Agentliyin məlumatına görə, gələcəkdə iki SİM kartı dəstəkləyən böyük ekranlı smartfonun da istehsalı istisna edilmir. Ancaq hələlik bununla bağlı qərar yoxdur. 

Agentlik qeyd edir ki, smartfonlarda E-SİM texnologiyasının tətbiqi də gözlənilir. Bu texnologiya SİM kartı dəyişmədən müxtəlif provayderlərə qoşulmağa imkan verir.

"Apple” şirkətinin rəsmisi yayılan xəbəri şərh etməkdən imtina edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol