Yerdə dördüncü maqnit fırtınası baş verdi

Fevralın 27-də Günəş diskinin mərkəzində meydana gələn çuxur Yer üzərində maqnit fırtınasına səbəb olub.
Axar.az xəbər verir ki, bu məlumat FIAN-ın Günəş Astronomiyası Laboratoriyasının hesabatında yer alıb.
"Çərşənbə axşamı səhər saatlarından Yerin maqnit sahəsinin dalğalanmalarında nəzərəçarpacaq artım müşahidə edilir. Son 10 saat içərisində sahə pozulmasının amplitudası 10 qatdan çox artıb”, - hesabatda bildirilib.
Qeyd edək ki, bu, cari ildə dördüncü maqnit fırtınasıdır. Onlardan birincisi yanvarın 14-də baş vermişdi.
www.anews.az
























