• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan altı yaşlı qıza şəhid kimi dəfn söz verdi – VİDEO

Ərdoğan altı yaşlı qıza şəhid kimi dəfn söz verdi – VİDEO
28.02.2018 10:41
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kahramanmaraş şəhərində keçirilən partiya konfransında hərbi məktəbdə oxuyan altı yaşlı qızla söhbəti dünya mediasında geniş müzakirə mövzusuna çevrilib.

Anews.az xəbər verir ki, bu barədə "Türkiye Gazetesi” məlumat yayıb.

Ərdoğan şagirdə üz tutaraq, onun döyüşdə öləcəyi təqdirdə, qəhrəman kimi dəfn olunacağını bildirib. Həmin dialoqun videogörüntüsü qəzetin "YouTube” kanalında yayılıb.

"Baxın, burda kim var. Ay qız, sənin burada nə işin var. Burada qırmızı berelilər var, qırmızı berelilər heç vaxt ağlamaz”. 

Qırmızı berelilər dedikdə, Türkiyə lideri xüsusi təyinatlı qüvvələri nəzərdə tutub. Videoçarxda azyaşlı qızın gözlərindən yaş axdığını görmək olur.

"Onun cibində Türkiyə bayrağı var... O şəhid olsa, inşallah, bayrağa bürünəcək”, – deyə prezident bildirib. Daha sonra Türkiyə lideri uşaqdan ölkəsi uğrunda xidmət etməyə hazır olub-olmadığını soruşub. Qızcığaz hazır olduğunu bildirib və Ərdoğan onun yanağından öpüb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol