• $
  • €
  • ₽
  • ₺
  • £

“Baharın 17 anı”nda gözdən yayınan səhnə…

“Baharın 17 anı”nda gözdən yayınan səhnə…
28.02.2018 13:00
1-ci an. Qarabağ təkcə torpaq deyil!

Gəlin, müharibədə qalib və məğlub anlayışlarına bir başqa rakursdan baxaq. Diqqət edin, Rusiya 20-ci əsrin iqtisadi geriliyini dəf etməyə çalışdığı bir dövrdə ağır sanksiyalarla üz-üzə qaldı. Halbuki təkcə bir il ərzində kənd təsərrüfatı sektorunda 45 traktor sıradan çıxır, əvəzində yalnız biri istismara daxil olur. Lakin 2-ci Dünya müharibəsində sovetlərin qalib gəldiyi alman xalqının yaratdığı texnikanın keyfiyyət göstəricisini heç kəs inkar edə bilmirdi. Bütün müttəfiq qoşunların Almaniya torpaqlarına tökdükləri bombalardan sonra hərbi qənimət kimi ələ keçirilən traktorları gətirib sovet kəndlərini düz 50 il şumladılar.

Kult.az xəbər verir ki, bu haqda millət vəkili Zahid Oruc yazıb. Millət vəkili vurğulayıb ki, faşizm ideologiya kimi lənətlənsə də, millətin keyfiyyət göstəricisi olan yaratdıqları maddi və mənəvi xəzinə danılmaz faktdır:

"Orta və yuxarı yaşlı adamlarımızın hamısı sovet dövrünün parlaq ekran əsəri olan "Baharın on yeddi anı” filmini və onun baş qəhrəmanı Maksim İsayevi sevirlər. Uzun illər yadımdan çıxmayan bir epizod var ki, bəlkə rejissorların, ya da ssenari müəllifinin diqqətindən yayınıb, əhəmiyyətsiz kadr kimi lentə daxil edilib və mənim aləmimdə alman ruhunu barometr kimi özündə əks elətdirən şedevr sayıla bilər.

Kəşfiyyatçı radist Ket əsirlikdən çıxmaq uğrunda hər cür işgəncəyə qatlaşarkən, sonda iki uşaq yedəyində sığınacağa yerləşib telefon arayır ki, Ştirlitsə yerini bildirsin. Yerüstü telefon köşkünə daxil olsa da, şüşəni döyəcləyən polis onu xəbərdar edir ki, o işləmir, lakin metronun içərisinə düşsə, oradan zəng vura bilər. Bax budur, tankın, topun sona qədər məhv edə bilmədiyi varlıqlar…

Hətta filmdən qopub ata-babalarımızın xatirələrinə də qayıtsaq, görərik ki, onların ağız dolusu tərif etdikləri mənzərə - dağılmış bir ölkədə, viranəyə çevrilmiş Berlində nəqliyyat sistemi iflic olmayıb işini davam etdirirsə, rabitə kəsilmirsə, onda məğlubiyyət anlayışı artıq puça çıxır. Ona görə də Almaniyadan qalib dönən sovet əsgərlərin hamısının ağlında bir parça alman intizamı, pedantlığı, quruluşu və mədəniyyəti vardı.

Deməli, Qarabağ uğrunda savaşan hər kəs öz işində işğalı aradan qaldırmalıdır. Şagird dərslərini yaxşı oxuyursa, müəllim etalona çevrilirsə, siyasətçi xalqa xidmətçi olursa, səngərdə gedən hərbi davanı udmaq o qədər də çətin olmayacaq.

Savaş hər yerdə gedir. Torpaqları partaların arasında, xəstəxana dəhlizlərində, incəsənət salonlarında və partiya klublarında axtarmaq lazımdır.

Hərə durduğu nöqtəni gücləndirsin, millət uğur qazanacaq!”

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol