İstanbulda əhaliyə çağırış edildi

İstanbul havanın kəskin soyuyacağı gözlənilir.
Axar.az xəbər verir ki, meteoroloqlar şəhərdə temperaturun gecədən etibarən aşağı düşəcəyini və mənfi 3-5 dərəcə arası dəyişəcəyini bildirib.
Kəskin hava şəraiti ilə bağlı şəhər əhalisinə xəbərdarlıq edilib. Hava şəraitinin gecə saatlarında daha da pisləşməsi ilə əlaqədar yolların buz bağlaması təhlükəsinə qarşı əhali ehtiyatlı olmağa çağırılıb.
Qeyd edək ki, İstanbulda kəskin hava şəraiti və şəhərin üzərindəki qara bulud təbəqəsini Türkiyə mətbuatı "Qorxudan mənzərə” olaraq təqdim edib.
www.anews.az
























