Jirinovski: Ən sərt diktatur olacağam

Prezident olsam, ən sərt diktaturanı həyata keçirəcəyəm.
Axar.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.
"Mən ölkədəki situasiyanı hərbi metodla dəyişdirəcəyəm. Hər kəsi – oliqarxları, oğurluq edən hər kəsi cəzalandıracağam. Xaricdəki bütün pulları geri gətirəcəm. Demokratiya şəraitində bu imkansızdır, ona görə də sərt diktatura tətbiq edəcəyəm. Biz varlı ölkə olanda o zaman iki güclü partiya yaradacağıq”, – deyə o bildirib.
www.anews.az
























