Çin Rusiya nəhəngini almaqdan imtina etdi

Çinin CEFC korporasiyası Rusiyanın "Rosneft” şirkətinin səhmlərini almaqdan imtina edib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Sövdələşmənin baş tutmamasına əsas səbəbin CEFC şirkətinin rəhbəri Ye Yanminyanın həbs edilməsi olub.
Qeyd edək ki, CEFC "Rosneft”in səhmlərinin 14%-ni almağı planlaşdırırdı. Şirkət bunun üçün "Rosneft”ə 9,1 milyard dollar verməli idi. Bu vəsaitin 5 milyardını VTB təşkil edəcəyini bildirsə də, Çin Dövlət İnkişaf Bankı sonradan CEFC-ə kredit ayırmaqdan imtina edib.
www.anews.az
























