Türkiyəyə qarşı yeni kampaniya: İmza toplandı

Suriyada PYD-YPG terrorçularını dəstəkləyən ABŞ İraqda da Türkiyəyə qarşı yeni fəndə əl atıb.
Axar.az xəbər verir ki, bu barədə "Yeni Akit” qəzeti yazıb.
Məlumata görə, Türkiyə təhlükəsizlik qüvvələrinin İraq Kürd Muxtariyyəti ərazisindən çıxarılması üçün imza toplanaraq kürd muxtariyyətinin parlamentinə müraciət edilib. İmzatoplama kampaniyasını "İnaf” adlı qeyri-hökumət təşkilatı həyata keçirib. Təşkilat türk ordu birləşmələrinin muxtariyyət ərazisindən çıxarılması üçün təxminən 10.400 imza toplaya bilib. Muxtariyyət parlamentinin müraciətə cavab verməyəcəyi halda İraq parlamentinə və hökumətə müraciət ediləcəyi açıqlanıb.
www.anews.az
























