• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan müdafiə nazirinin müavinindən oğurluq etirafı

Ermənistan müdafiə nazirinin müavinindən oğurluq etirafı
05.03.2018 18:02
Ermənistanın müdafiə nazirinin müavini Artak Zakaryan qurumda oğurluq hallarının olduğunu etiraf edib. 

AzVision.az-ın "news.am”-a istinadən verdiyi xəbərə görə, nazir müavini jurnalistlərə bildirib ki, Müdafiə Nazirliyi sistemdə qanun pozuntularının aşkarlanması və cinayətkarların cəzalandırılmasında maraqlıdır.

"Təəssüflər olsun ki, bu cür hallar hələ də var. Belə halların tamamilə aradan qaldırıldığını iddia etmək olmaz. Lakin biz bu istiqamətdə intensiv işlər aparırıq. Vaxtaşırı KİV-də orduda hər hansı bir qanun pozuntusu, vəzifədən sui-istifadə edən şəxslərlə bağlı məlumatlara rast gəlmək olar”, - deyə Zakaryan vurğulayıb.

Qeyd edək ki, bu yaxınlarda erməni KİV-ində Ermənistanın Müdafiə Nazirliyinin dərman bazasından 40 milyon dram məbləğində oğurluq edilməsinə dair məlumat yayılmışdı. Hərbi polis tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, 2015-17-ci illərdə "N” saylı hərbi hissənin dərmanların mərkəzi bazasından 40 milyon dram məbləğində dərman və tibbi avadanlıq oğurlanıb. Faktla bağlı cinayət işi açılıb. "N” saylı hərbi hissənin komandir müavini, mayor L.A tutulub. Cinayətdə əli olan bütün şəxslərin müəyyən edilməsi istiqamətində iş aparılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol