Poroşenkonun korteji təqaüdçü kişini vurub

Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenkonun kortejinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az "Vesti Ukrayna”ya istinadən xəbər verir ki, prezidentin korteji işıqforun qırmızı işığında yolu keçən təqadçünü vurub.
Hadisəni törədən sürücü hadisə yerində dayanıb. Kortejin digər avtomobilləri yola davam edib. Yaşlı kişiyə ciddi xəsarət dəyib və o, xəstəxanaya yerləşdirilib.
www.anews.az
























