Azərbaycanlı milyarderlərin sərvəti açıqlandı

"Forbes”in tərtib etdiyi milyarderlər reytinqində 5 azərbaycanlı yer alıb.
Axar.az xəbər verir ki, siyahıda yer alan azərbaycanlıların hamısı Rusiya vətəndaşlarıdır.
İlk yeri 16,4 milyar sərvətlə Vahid Ələkbərov tutub. Ələkbərov dünyanın 78-ci, Rusiyanın 4-cü ən zəngin adamı olub.
İkinci sırada əslən Qubanın Qırmızı qəsəbəsindən olan Qod Nisanov və Zarax İliyevdir. Ayrı-ayrılıqda 3,3 milyard dollara malik olan milyarderlər ümumi siyahıda 703-cü yerdə qərarlaşıblar. Rusiyadakı milyarderlər arasında isə onlar 36-cı və 37-ci sıradadırlar.
Siyahıda həmçinin Araz Ağalarov da yer alıb. Ağalarov dünyanın ən zənginləri arasında 1339-cu yerdə qərarlaşıb. 1,8 milyard sərvəti olan Ağalarov Rusiyadakı milyarderlər arasında 52-ci pillədədir.
Qalmaqallı boşanma davası ilə diqqət mərkəzinə gələn Fərhad Əhmədov isə ümumi reytinq cədvəlində 1650-ci yeri tutub. Rusiyanın 65-ci ən zəngin adamı olan Əhmədovun ümumi sərvəti 1,4 milyarddır.
Qeyd edək ki, bu ilki siyahıda rekord sayda – 2208 milyarderin adı yer alıb. 72 ölkədən olan bu milyarderlərin ümumi sərvəti 9,1 trilyon dollardır. Bu isə keçən illə müqayisədə 18% çoxdur.
Siyahıya 585 milyarderlə ABŞ başçılıq edir. olub. 373 milyarderi olan Çin ikincidir.
www.anews.az
























