• $
  • €
  • ₽
  • ₺
  • £

İlon Maskın uğur sirləri bəlli olub

İlon Maskın uğur sirləri bəlli olub
07.03.2018 18:48
"Forbes” jurnalı milyarder İlon Maskın başlanğıc fəaliyyətindəki uğurların sirləri haqqında sadə və anlaşılan formada danışmağı qərara alıb. Jurnal oxuculara hər biri rəssam tərəfindən əyani illustrasiyalarla müşayiət edilən 10 davranış qaydası təqdim edib. 

Anews.az-ın verdiyi məlumata görə, birinci qayda daimi özünütəhsildir.

Əyləncə xarakterli ədəbiyyata və sosial şəbəkələrə vaxt sərf etmək lazım deyil. Maks yeniyetməlik dövründə ensiklopediya oxumağa üstünlük verirdi.

Biznesin təşkili zamanı reklama çox pul ayırmaq lazım deyil. Daha yaxşı olar ki, məhsulun keyfiyyətinin artırılmasına diqqət ayrılsın. Bu zaman bu məhsul haqqında məlumatı insanlar da bir-birinə ötürəcək.

Bizneslə cavan yaşlarda məşğul olmaq daha yaxşıdır. Risklər və məyusluğa tab gətirmək yaşlı adamlar üçün çətin olur. Yorğunluq anlayışını unutmaq lazımdır, yalnız təşəbbüs göstərməmək anlayışı var. Mövcud potensialı istifadəsiz qoymaqdansa, bir qədər artıq işləmək məsləhətdir. Mask bəzən həftədə 100 saat işləyir.

Problem və vəziyyətlə bağlı şikayət etməkdənsə, onların həlli üçün innovasiyaların axtarışı ilə məşğul olmaq vacibdir.

Mask deyir ki, həmkarlara, müştərilərə və uğur qazanmaqda kömək edənlərin hamısına öz ailə üzvləri kimi yanaşmaq lazımdır: 

"Siz insanların qayğısına qalırsınızsa, onlar da sizin biznesinizin qayğısına qalacaq”, – deyə qeyd edir. 

"SpaseX”-in yaradıcısı hesab edir ki, arzuların gerçəkləşməsinə çalışmaq lazımdır. İnnovativ ideyanın reallaşdırılması üçün bütün qüvvələri səfərbər etmək vacibdir. Bununla bərabər, uğursuzluğa əvvəlcədən hazır olmaq zəruridir.

Ən yaxşı biznesmenlər başqaları ilə rəqabət aparmağa çalışmalı, özünəməxsus prinsiplə yeni bir şey yaratmalıdır. Kəskin tənqiddən qorxmaq lazım deyil. Bir çox hallarda o, daha düzgün qərarların alınmasına kömək edir.

Maskın dediyi kimi, başlıcası odur ki, daha yaxşı nəticələr əldə etmək üçün insan hər şeylə məşğul olmalıdır. Yaxşı iş görmək üçün ilkin mərhələdə dünyanı dəyişməyə can atmaq lazım deyil. Daha yaxşısı odur ki, iri miqyaslı olmasa da, xeyirli bir iş görməyə üstünlük verilsin.

Fevralın sonunda İlon Maskın həyat qaydaları geniş auditoriyaya təqdim olunub. Biznesmen çox işləyir və gördüyü heç bir işə beş dəqiqədən çox vaxt sərf etmir. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol