Suriyada hərbi müxbir ölüb

Suriyalı hərbi müxbir Həsən Badran Şərqi Qutada peşə borcunu yerinə yetirərkən həlak olub.
Anews.az-ın xəbərinə görə, bu barədə SANA agentliyi məlumat yayıb.
Agentlik müxbirin ölümünün təfərrüatını açıqlamır.
Qeyd edək ki, Suriya ordusu Şərqi Qutada terrorçulara qarşı əməliyyatları davam etdirir.
www.anews.az
























