• $
  • €
  • ₽
  • ₺
  • £

Qəddafinin milyardaları itməyib?

Qəddafinin milyardaları itməyib?
09.03.2018 18:20
Belçikanın daxili işlər nazirindən yeni açıqlama

Qəddafinin milyardları itməyib. İstiPress-in məlumatına görə, Belçikanın daxili işlər naziri Didye Reynders  Liviya liderinin yaxınlarına məxsusu hesablardan külli miqdarda vəsaitin itməsi barədə yayılan xəbərləri təkzib edib. Onun sözlərinə görə, bu yalan xəbərdir. 

"Mətbuatın azadlığı əlbətdə ki, var. Amma yalan məlumat yayaılanda mən onun düzəldiləcəyini gözləyirəm. Eləcə də bunu dövlət işinə çevirlənlərin nə etdikləri barədə özlərinə hesabat verəcəyini".

Xəbəri yayan "Vif" mətbu orqanı isə hazırladıqları məlumat barədə "yalan" sözünü qəbul etmədiklərini açıqlayıb. Nəşrin məlumatına görə, martın 2-də onlar yoxa çıxan 10 milyard barədə sorğu göndərərkən Belçikanın maliyyə naziri bu informasiyanı təkzib etməyib. "Bizə dedilər ki, xəzinə hesabın açılması barədə hər hansı razılıq verməyib".

Xatırladaq ki, nəşrin yazdığına görə, Liviyanın devrilərək qətlə yetirilən sabiq lideri Müəmmar Qəddafinin yaxınlarının hesablarından milyardlara yoxa çıxıb. Belçikada dondurulan Liviya səhmlərində 10 milyard avronun itdiyini müəyyən ediblər. Bu pullar "Euroclear" bankında saxlanılırdı. İtki isə 2013-2017-ci illəri əhatə edir. 

Pullar "Libyan Investment Authority" və "Libyan Foreign Investment Company" adına olan dörd hesabda saxlanılırdı. 2013-cü il 29 sentyabrına olan məlumata görə, orada 16 milyard avro olub. Lakin ötən ilin payızında çirkli pulların yuyulması ilə bağlı istintaqdan sonra vəsaitə həbs qərarı qoymaq istəyəndə krallıq  rəhbərliyi hesablarda 5 milyarda yaxın pul qaldığını müəyyən edib. 

Vəsait Qəddafinin yaxınları tərəfindən idarə edilirdi və BMT-nin 2011-ci ildə verdiyi qərarla hesablar dondurulmuşdu. Belçika hökuməti öz növbəsində hesabların açılaması barədə heç bir qərar qəbul etmədiyini də açıqlayıb. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol