5 qonşusundan Rusiyaya qarşı daha bir addım

Polşa, Litva, Latviya, Moldova və Ukrayna parlamentlərinin spikerləri "Şimal axını-2” qaz kəmərinin tikintisinə qarşı sənəd imzalayıblar.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Polşa mətbuatı yayıb. Sənəddə "Şimal axını-2”nin Avropa Birliyinin Rusiyadan asılılığını artırmağa yönəldiyi vurğulanıb:
"Bu layihə kommersiya layihəsi kimi göstərilsə də, əslində, Rusiya dövlətinin siyasi təsir vasitəsidir. Biz hər kəslə əməkdaşlıq etmək istəyirik, amma həm də təhlükəsizliyimizin qayğısına qalmalıyıq. Hamımız hazırda öz müstəqilliyi uğrunda ağır mübarizə aparan Ukraynanı dəstəkləyirik”.
Qeyd edək ki, bu ölkələrin müdafiə nazirləri regionda Rusiya təhlükəsinə qarşı koordinasiya haqqında razılıq əldə etmişdilər.
www.anews.az
























