Daha bir sərnişin təyyarəsi qəzaya uğradı - FOTO

Nepalın paytaxtı Katmandunun beynəlxalq hava limanının yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.
Trend-in məlumatına görə, Banqladeşin "US-Bangla” özəl aviaşirkətinə məxsus təyyarə eniş zamanı uçuş-eniş zolağına düşə bilməyib. Təyyarə aeroport yaxınlığındakı futbol meydançasına düşüb.
Qəzadan sonra təyyarədə yanğın başlayıb.
Hadisə nəticəsində həlak olanların olduğu bildirilsə də, bu barədə rəsmi məlumat verilməyib.



www.anews.az
























