• $
  • €
  • ₽
  • ₺
  • £

Telman İsmayılovun şəxsi “killer”inə 13 illik həbs

Telman İsmayılovun şəxsi “killer”inə 13 illik həbs
13.03.2018 12:00
Moskva vilayətinin Krasnoqor şəhər məhkəməsi iki sahibkarın öldürülməsində təqsirli bilinən Mehman Kərimova ciddi rejimli koloniyada 13 illik həbs cəzası verib.

Bu barədə anews.az "İnterfaks”a istinadən xəbər verir.

İstintaq zamanı məlum olub ki, M.Kərimov bu cinayətin təşkilatçısı, biznesmen Telman İsmayılovun işində fiqurant kimi çıxış edib.

Belə ki, 2016-cı il may ayının 15-də M.Kərimov sahibkar Vladimir Savkini və Yuri Brylevi Novorijskoye şosesində güllələyib. 

Məlum olub ki, paytaxtdakı Çerkizovskiy bazarının keçmiş sahibi Telman İsmayılov cinayətin təşkilatçısı olub. O, bu cinayətin planını qardaşları Rafiq və Vaqiflə birlikdə işləyib-hazırlayıb:

"Rafiq İsmayılov qardaşları ilə əldə olunmuş razılaşmaya görə, M.Kərimovu cinayət yerindən götürüb, sonra da yoldaşları ona gizlənməkdə, həmçinin  cinayət alətini gizlətməkdə yardım göstəriblər”,- deyə Rusiyanın İstintaq Komitəsinin verdiyi məlumatda qeyd olunur. 

Rusiyadan gedən və məhkəmənin qərarı ilə qiyabi olaraq həbs edilən Vaqif və Telman İsmayılovla bağlı cinayət işi ayrı icraata verilib.

T.İsmayılovun vəkili Marina Rusakovanın sözlərinə görə, onun müdafiə etdiyi şəxs günahkar olduğunu inkar edir. M.Kərimov isə onun üstünə böhtan atıb. 

T.İsmayılovla bağlı cinayət işinin istintaqı hazırda başa çatıb. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol