İranda etiraz: Qadınlar baş örtüklərini yandırır

İranın müxtəlif şəhərlərində küçələrə çıxan qadınlar yandırılan tonqallara baş örtüklərini ataraq qadağanın ləğv edilməsini istəyib.
"A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, İranda qadınların başının bağlanması ilə bağlı davam edən müzakirələr bu dəfə fərqli şəkildə özünü biruzə verib.
Belə ki, İranda məcburi şəkildə başın bağlanmasına qarşı çıxan qadınlar küçələrə axışıb. Küçə və məhəllələrdə tonqallar yandırmağa başlayan qadınlar şüarlar səsləndirərək başlarını bağladıqları örtüyü odun içinə atıblar.
Sosial şəbəkələrdə "qızların küçə inqilabı” həştəqi ilə paylaşılan görüntülər ölkədə yaşanan hadisələrin qığılcımını daha da alovlandırıb.
Qeyd edək ki, İranın səlahiyyətli nümayəndələri küçə hadisələrinin Qərb tərəfindən dəstəkləndiyini iddia edir. Ötən ay Amerika, İsrail və bəzi Avropa ölkələri açıq şəkildə İranda yaşanan küçə etirazlarını dəstəklədiyini dilə gətirib.
www.anews.az
























