• $
  • €
  • ₽
  • ₺
  • £

“Statoil” adını dəyişir

“Statoil” adını dəyişir
15.03.2018 18:46
Norveçin "Statoil” neft-qaz şirkəti adını dəyişir 

Anews.az "Bloomberg”ə istinadən xəbər verir ki, şirkətin yeni adı "Equinor” olacaq. 

Bildirilir ki, şirkət müasir dəyərlərə hörmət məqsədilə "neft” sözünü çıxaracaq. 

Yeni adın mənşəyinə gəlincə, birinci hissə ingiliscə bərabərlik, balanslaşdırılmış deməkdir. "Nor” sözü isə şirkətin Norveçə məxsus olduğunu bildirir.

Nəzərə çatdıraq ki, yeni ad "Statoil”in mayın 15-də keçiriləcək səhmdarlarının illik iclasında müzakirə ediləcək. 

Şirkətin əsas səhmdarı olan Norveç hökuməti Direktorlar Şurasının adın dəyişdirilməsi ilə bağlı təklifini dəstəkləyir və bu qərara səs verəcək.

Bu arada "Statoil” öz strategiyasında investisiyaların 15-20 faizini bərpa olunan enerji mənbələrinin inkişafına yönəltmək niyyətindədir. Bu məqsədə çatmaq isə  2030-cu ilə planlaşdırılır.

Qeyd edək ki, "Statoil”in əsası 1972-ci ildə qoyulub. Səhmlərinin 64%-i dövlətin nəzarətindədir. Mərkəzi ofisi Norveçin Stavanger şəhərində yerləşir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol