• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni müharibələrin ANONSU və 2019-cu il...

Yeni müharibələrin ANONSU və 2019-cu il...
19.03.2018 10:25
"2019-cu ilə gedərkən Türkiyə Afrin əməliyyatı ilə kifayətlənməyərək yeni əməliyyatlar keçirəcək. Bunun açdığı siyasi meydan isə Türkiyənin güclənməsini təmin edəcək”.

Publika.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu "2019-cu ilə doğru Türkiyə” adlı tədbirdə Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (SETA) rəhbəri Burhanəddin Duran deyib.

O, Türkiyənin bundan sonra Yaxın Şərqdəki proseslərdə daha fəal olacağını ifadə edib. Ekspert hesab edir ki, qarşıdakı 1,5 illik kritik dövr Türkiyənin gələcək 50 ilini şəkilləndirəcək.

Yaxın Şərqin müharibələr meydanına çevrildiyini deyən SETA-nın rəhbəri ABŞ və Rusiya ilə yanaşı, "Körfəzin 2 sultanı” olaraq xarakterizə edilən Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının da bölgəyə ciddi müdaxilələrinin olduğunu bildirib: "Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bölgəni yenidən dizayn etmək istəyir. Bütün bölgəni İranın əleyhinə toplamaq istəyirlər. 

Ancaq Türkiyə bu oyunları pozur. Çünki Türkiyə, bölgədə belə bir qütbləşməni istəmir. Bunun ancaq İsrailin maraqlarına xidmət edəcəyini düşünür, belə bir qütbləşmənin həm İranı, həm də Səudiyyə Ərəbistanını zəfilədəcəyi və bunun da bütün bölgə üçün təhlükəli olacağı qənaətindədir. Buna görə də Türkiyənin özü bir qütb yaratmağa çalışır”.

Onun sözlərinə görə, Türkiyənin bölgə ilə əlaqədar mövqeyi Türkiyənin İranın qarşısında yer almasını istəyən Səudiyyə Ərəbistanı, İsrail, ABŞ və Birləşmiş Ərəb Əmirliklərindən ibarət cəbhənin maraqlarına uyğun gəlmir.

"Türkiyə yeni bir tarazlığı yaratmağa çalışır. Türkiyə Afrin əməliyyatında gözləniləndən daha sürətli bir müvəffəqiyyət əldə etdi. 

Bunun Suriyadakı tənliyi dəyişdirdiyi ortadadır. Türkiyə ABŞ və Rusiyanın iştirakı ilə Suriyanın gələcəyinin formalaşmasına "xeyr” dedi. Afrindəki müvəffəqiyyətlə əslində YPG-nin Şimali Suriyadakı işğalının aradan qaldıracağına ilk siqnal verildi. Suriya və İraqda bunun davamı gələcək. İdlib, Münbiç, Fəratın şərqi və Sincar Suriya və İraqın bölünməsini maneə törədir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol