• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada silkələnmə: yeni baş nazir kim olacaq? – Şərh

Rusiyada silkələnmə: yeni baş nazir kim olacaq? – Şərh
19.03.2018 18:22
Əslində, Rusiyada prezident seçkisinin əsas intiriqası kimin seçiləcəyi deyil, ikinci yeri kimin, neçə faizlə tutacağı, yaxud da gələcəyin liderinin müəyyənləşib-müəyyənləşməməsi ilə bağlı idi.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiyada prezident seçkisinin yekunu fonunda qarşıda bu ölkəni gözləyən dəyişiliklərlə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Putinin prezident seçilməsinə baxmayaraq, ikinci yer uğrunda qiyabi mübarizənin lideri ənənəvi yeni şəxs idi:

"Bu göstərir ki, ruslar artıq ənənəvi simalardan beziblər və yenilik axtarışındadırlar. Qrudininin kifayət qədər böyük rəqəmlə ikinci yeri tutması ondan xəbər verir ki, artıq Rusiyada ənənəvi müxalifət də öz rolunu oynayır və ya yeni simalarla əvəz olunur”.

Politoloqun sözlərinə görə, Putinin dəst-xətti bundan sonra da dəyişməyəcək:

"Lakin müəyyən taktiki dəyişikliklər ola bilər. Çünki Rusiya yeni sanksiyalar təzyiqi altındadır və bu sanksiyalar getdikcə mürəkkəbləşir. Hakimiyyət bununla bağlı nəsə etməlidir. Putin seçkiqabağı çıxşlarında layiqli cavab verəcəklərini bəyan etmişdi. Bunun nə olacağını zaman göstərəcək. Çox güman ki, Rusiyanı qarşıda çətin zamanlar gözləyir. Digər tərəfdən Rusiyadaxili müxalifət və hakimiyyət düşəgəsində də müəyyən dəyişiklik baş verə bilər. Belə ki, baş nazir postunu kimin icra edəcəyi yaxın müddətdə həll olunacaq. Rusiya hakim dairələrində köhnə simaların yeniləri lə əvəzlənməsi istisna edilmir”.

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Vladimir Putinin böyük səs çoxluğu ilə birinci, Pavel Qrudininin də ikinci olacağı bəlli idi:

"Ən böyük sürprizi Kseniya Sobçak etdi, o, Rusiya liberal demokratlarının tanınmış lideri və ölkənin hər yerində partiya şöbələri olan Qriqori Yavlinskini az da olsa, qabaqlaya bildi. Fikrimcə, Sobçak bu tempdə davam etsə, gələcəkdə liberalların ən tanınmış simasına çevrilə bilər. O gəncdir, tükənməz enerjisi var və sadə vətəndaşın problemlərini yerindəcə həll etməyə çalışır. Əlbəttə, bütün hallarda Rusiyada liberal ideya hələ uzun illər populyar olmayacaq, ancaq Sobçak liberalların lideri olmaq iddiasını gücləndirməyə çalışacaq”.

Siyasi şərhçi qeyd edib ki, Pavel Qrudininin qazandığı ikincilik onu solçu-kommunist blokun gələcək liderinə çevirə bilər: "Onsuz da yaşı 80-ə çatan Kommunist Partiyasının lideri Gennadi Züqanovu əvəz edən lazımdır”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol