PKK-nın ən təhlükəli terrorçusu məhv edildi

Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrində PKK terror təşkilatının ən təhlükəli terrorçularından biri olan Songül Coşqunu məhv edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"S.Coşqun İraqın şimalında TSQ-yə qarşı aktiv döyüşlərdə iştirak edib. Onunla birlikdə daha bir neçə terrorçu da məhv edilib” – məlumatda qeyd olunub.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri də cəlb olunub.
www.anews.az
























