• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrov, Medvedyev gedir: Putin daha kimləri yola salacaq?

Lavrov, Medvedyev gedir: Putin daha kimləri yola salacaq?
23.03.2018 15:40
Prezident seçkisindən sonra Rusiya hakim dairələrində köklü kadr dəyişiklikləri olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq Putinin formalaşdıracağı yeni hökumətin tərkibində Rusiyanın hazırkı Baş naziri Dmitri Medvedyevin və bir sıra köhnə adların yer almayacağını bildirib.

"Ümumiyyətlə, prezident seçkisindən sonra Rusiya hakim dairələrində köklü və ciddi kadr dəyişiklikləri olacaq. Hətta Rusiya Xarici İşlər naziri Sergey Lavrovun vəzifədən getməsi ilə bağlı son qərarı da Putin verəcək. Əslində, bu, Lavrovun istəyinə də uyğundur. Çünki Lavrov bir neçə dəfə dincəlmək, ailəsi ilə birlikə xaricdə yaşamaq istədiyini bəyan edib. Lavrovun qızı ABŞ-da yaşayır, onların hətta Nyu Yorkda daşınmaz əmlakları da var. Ancaq burada çox önəmli bir məsələ mövcuddur. Belə ki, Rusiya kimi bir dövlətin xarici işlər naziri özündə xeyli dövlət sirrini daşıyır. O üzdən Lavrov könüllü şəkildə istefa versə belə, onun Rusyanı tərk edə biləcəyi sual altındadır. Bu məsələ yəqin ki, dövlət rəhbərliyi səviyyəsində həllini tapacaq”.

Politoloq Rusiyanın bundan sonrakı xarici siyasətinə də nəzər salıb:

"Hazırda Rusiya-ABŞ münasibətlərinin düzəlməsi üçün zəmin yoxdur. Çünki Qərb tərəfindən Rusiyaya qarşı böyük tədbirlər hazırlanır. Britaniya isə bu istiqamətdə birinciliyi əlinə alıb. Skripal olayı ətrafında qalmaqallı vəziyyət, gərginlik davam edir. Britaniya yeni antirusiya koalisiyasını formalaşdırmaqda israrlıdır. NATO üzvü olan ölkələrin koalisiyaya qoşulması prosesi isə başlayıb. Bu baxımdan Rusiya ilə ABŞ və ya Qərbin münasibətlərinin normallaşacağını təxmin etmək yersizdir. Çünki Qərbdə Putinin prezident seçilməsi ilə bağlı piar kampaniyası qaldırılıb və Putinə verilən 16 milyonluq səsdən 10 milyonun saxta olduğu deyilir. Belə bir vəziyyətdə Rusiya-Qərb dialoqunun bərpasını gözləmək olmaz, əksinə qarşıdurma meyilləri güclənəcək”.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun istefa verəcəyi barədə məlumat yayılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol