• $
  • €
  • ₽
  • ₺
  • £

“İnstagram”da 212 min izləyicisi olan səhifənin sahibi tutuldu

“İnstagram”da 212 min izləyicisi olan səhifənin sahibi tutuldu
27.03.2018 12:32
Sosial şəbəkələrdə tanış olduğu insanları dələduzluq yolu aldadan şəxsin saxlanılması istiqamətində polislər tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən anews.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinə müraciət edən zərərçəkən Şirvan şəhər sakini Rəsul Mehdiyev "İnstagram” sosial şəbəkəsində onun videolarını paylaşan "Dublaj.Vine.Baku” adlı səhifənin istifadəçisi ilə tanış olduğunu və onunla görüşən zaman mobil telefonun həmin şəxs tərəfindən oğurlandığını bildirib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin səhifənin sahibi Bakı şəhər sakini, əvvələr məhkum olunmuş Ramin İsmayılov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.

Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Ramin İsmayılovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsi, eləcə də 18-ci Polis Bölməsinə müraciət edə bilərlər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol