İsraildə iki sərnişin təyyarə toqquşdu - VİDEO

İsrailin paytaxtı Təl-Əvivdə iki sərnişin təyyarəsi toqquşub.
Bu barədə AzVision.az İsrail KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən Almaniyanın "German Wings” aviaşirkətinə məxsus təyyarə yedəyə alınarkən uçuşa hazırlanan İsrailin "El Al” şirkətinin təyyarəsi ilə toqquşub.
Nəticədə reys təxirə salınıb, sərnişinlər təyyarədən düşürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
www.anews.az
























