Türk hərbçilərinə hücum edildi: yaralılar var

Türkiyənin Diyarbəkir vilayətinin Hazro mahalında bir qrup terrorçu türk hərbçilərinə hücum edib.
Axar.az xəbər verir ki, terrorçular növbəni dəyişməyə gedən hərbçilərin maşınını atəşə tutub. Hücum zamanı bir neçə hərbçi yaralanıb.
Hadisə yerinə təcili yardım maşınları göndərilib. Terrorçuların axtarışı davam edir.
www.anews.az
























