NASA-dan yeni kəşf — Tünd maddə olmayan qalaktika

"Hubble” teleskopunun məlumatlarını incələyən alimlər yeni kəşfə imza atıblar.
"Ölkə.Az” xəbər verir ki, kainatin kütləsinin 85%-ini təşkil edən tünd materiyanın olmadığı qalaktika kəşf edilib.
NASA açıqlamasında "NGC 1052-DF2” adlandırılan yeni qalaktikada normalda olması lazım olanın 400-də biri qədər tünd maddəyə rast gəlindiyi bildirilir. Qalaktikanın isə, təxminən 10 milyard il yaşı var
Alimlər bildirirlər ki, tünd materiya qalaktikalarda var, ulduzlardan qaz buludlarına qədər hər şeyi bir arada saxlayan ünsürdür.
www.anews.az
























