Ermənilər çörəksiz qala bilər, amma Sarkisyan ...

Çiçəklənən Ermənistan çörəksiz qala bilər. Ölkədə taxıl istehsalı 50 faiz azalıb. Bu barədə erməni mətbuatı həyəcan təbili çalır. Milli Statsitika Xidmətinin məlumatına görə, 2017-ci ildə taxıl bitkilərinin istehsalı ölkədə 300 min tonolub. 2015-16-cı illərəd bu rəqəm 600 mindən artıq idi.
Mesrop Arakinyan adlı iqtisadçının sözlərinə görə, qida təhlükəsizliyi Ermənistanda rüsvayçı səviyyədədir. "Bütün statistik məumatlar kənd təsərrüfatının tam çöküşünü göstərir". Bunu isə başqa bir eskpert Babken Babayan deyib. Bunun günahkarı kimi isə onlar hakimiyyəti, şəxsən Serj Sarkisyanı görürlər.
Səlahiyyət müddəti bitdiyi üçün Sarkisyana hökumət tərəfindən villa hədiyyə edilib. Mülk və hektarlarla torpaq sahasi ona bağışlanıb. Bundan başqa prezident maaşının 70 faizi miqdarında xüsusi pensiya ayrılıb. Görünür ki, çörəksiz qalmasın deyə.
Düzdür bəziləri iddia edirlər ki, Sarkisyanın gündəlik ancaq çörək yox, hələ qara kürü də yemək üçün sərvəti kifayət qədərdir. Bunu günötrə onun baş nazir olmasına etiraz edən, aksiyalarına çıxan "pisniyyətlilər” deyirlərmiş.
www.anews.az
























