Qəzzada toqquşma: Ölənlər var – VİDEO

Qəzza bölgəsinin işğal olunmuş şərq hissəsində İsrail hərbçiləri ilə baş vermiş toqquşmalarda həlak olan fələstinlilərin sayı 16 nəfərə çatıb.
anews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Son məlumatlara görə, "Böyük qayıdış” yürüşündən sonra yaşanan qarşıdurmada ümumilikdə 1400-ə yaxın insan yaralanıb. İsrail ordusu hərbçilərin "təxribat salan” fəallara atəş açdığını təsdiqləyib.
Bundan başqa İsrail ordusu "Həmas” hərəkatının müxtəlif obyektlərinə, həmçinin "İslam cihadı” qruplaşmasının mövqelərinə artilleriya zərbələri endirib.
www.anews.az
























