• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada “Pokrovka Məhərrəm” saxlanılıb – VİDEO

Moskvada “Pokrovka Məhərrəm” saxlanılıb – VİDEO
29.05.2020 08:44
Moskvada hüquq mühafizə orqanları əməkdaşları tanınmış azərbaycanlı sahibkar Məhərrəm Quliyevi həbs edib.

anews.az "Haqqın.az”a istinadən xəbər verir ki, M.Quliyev əvvəllər Rusiyanın "Pokrov” meyvə-tərəvəz bazasına rəhbərlik edib, hazırda isə "Food City” meyvə tərəvəz bazasında çalışır.

Sosial şəbəkələrdə Quliyevin polis tərəfindən saxlanılması görüntüsü yayılıb. Həmin kadrlarda polis əməkdaşları Quliyevi qandallayaraq,  diz çökdürür. Məhərrəmovun hansı səbəbə saxlanıldığı hələ ki məlum deyil.

Məhərrəm Həsənovun Rusiyada "meyvə-tərəvəz mafiyasının” əsas fiqurlarından olduğu bildirilir. Şəmkirdən olan sahibkar, fəaliyyəti dövründə Azərbaycandan Moskvaya daxil olan kənd təsərrüfatı məhsullarının böyük hissəsinə nəzarət edib.

"Pokrovka” ləqəbi ona məhz qalmaqalları ilə tanınan "Pokrov” meyvə-tərəvəz bazasına rəhbərlik etdiyi vaxtlarda verilib.  Pokrovka 2014-cü ilə kimi Moskvanın ən iri meyvə-tərəvəz bazası hesab olunurdu.

Məhərrəm Həsənov və onun qardaşı Rövşən "Azfrut” şirkəti vasitəsi ilə demək olar ki, bazar ərazisinə daxil olan bütün tırlara nəzarət edib. Qeyri rəsmi məlumatlara görə, hər yük avtomobilinə görə Həsənov qardaşları 500 dollara yaxın xərac alıb.

Bu pulların müəyyən hissəsi "Noviye Çeremuşki” şirkətinin təsisçiləri olan bazarın real sahibkarları  İqor İsayev və Əliasxab Hacıyevə çatıb.

"Pakrovka”nın həyatında qara zolaq 2013-cü ilin sonlarında başlayıb. 10 oktyabr 2013-cü ildə Yeqor Şerbakovun ölümü Biryulevoda kütləvi iğtişaşlara yol açıb: sakinlərin etnik cinayətkarlığa qarşı keçirdiyi "xalq yürüşü” böyüyərək "Biryuza” ticarət mərkəzi və "Pokrovka” meyvə-tərəvəz bazasına hücumlara çevrilib. 

İğtişaşların yatırılması üçün OMON qüvvələri səfərbər olunub. 30 yaşlı azərbaycanlı Orxan Zeynalov mühakimə olunaraq, 2014-cü ilin iyul ayında 17 il azadlıqdan məhrum edilib.

Şerbakovun qətlindən altı gün sonra meyvə-tərəvəz bazasının bağlanması haqqında qərar çıxarılıb. "Rospotrebnadzor”un keçirdiyi baxışlardan sonra, "Pokrov” bazasında sanitar-texniki normalarla bağlı çoxsaylı pozuntular aşkarlanıb.  Moskvanın meri Serqey Sobyanin həmin vaxt, bazanın bir daha açılacağına inanmadığını bildirmişdi.

Ancaq "Pokrovka”nın bağlanması nə qədər gözlənilməz olsa da, Azərbaycandan olan  Qoda Nisanov və Zarah İliyevin mövqeyini gücləndirib. Onlar yaranmış vəziyyətdən istifadə edərək,  Moskvanın ən iri aqroklasteri sayılan "Food City” şirkətini yaradır. Pokrovkada işləmiş azərbaycanlıların çoxu məhz ora köçərək, "Food City”ni Moskvanın ən iri meyvə-tərəvəz satış mərkəzlərindən birinə çevirib.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol