İran Teleqrama alternativ yaratdı

İran Teleqrama alternativ olaraq milli messencer hazırlayıb.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Əlaəddin Borucerdi deyib.
O, milli messencerin aprelin 20-nə qədər tam istifadəyə veriləcəyini bildirib. Borucerdinin sözlərinə görə, Teleqramın milli messencerlə əvəzlənməsi haqqında qərar hakimiyyətin ən yüksək səviyyəsində qəbul edilib. İran rəsmisi bu qərarın ölkədə milli təhlükəsizliyin təminatı üçün verildiyini deyib.
Qeyd edək ki, Teleqram hazırda İranda ən məşhur sosial şəbəkədir. 40 milyon iranlı bu şəbəkədən istifadə edir. Bundan öncə İran hakimiyyəti martın 21-dən etibarən Teleqrama girişin qadağa edilməsi haqqında qərar verib.
www.anews.az
























