• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin bütün hesabı SSRİ üçündür – Ekspert

Putinin bütün hesabı SSRİ üçündür – Ekspert
02.04.2018 22:46
Rusiyanın bu gün apardığı siyasəti anlamaq üçün bu ölkənin tarixinə nəzər salmaq, bəzi məsələləri analiz etmək lazımdır. Rusiya tarixində islahat aparan, aparmağa cəhd edən istənilən şəxs, şəxslər qətl ediliblər və qəribədir ki, həmin qətlləri törədənlər də niyyətlərinə çatmayıblar, əks effektlə qarşılaşıblar.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Natiq Cəfərli yazıb. O qeyd edib ki, Rusiya tarixində ən böyük islahatçılardan biri II Aleksandr olub:

"O, təhkimçilik hüququnu ləğv edib, Avropa iqtisadi modelinə bənzər modelin əsasını qoyub, sənayeləşməni təşviq edib, hətta Rusiya onun dövründə bütün müharibələri udub. Amma "Narodnaya volya” təşkilatı 13 mart 1881-cı ildə çara qarşı terror hadisəsi törədərək onun ayaqları altına bomba atır və nəticədə II Aleksandr həlak olur. "Narodovoltsı” bu addımdan sonra gözləyirdi ki, rus xalqı ayağa qalxacaq, mütləq monarxiyanı devirəcək. Ancaq tam əksi baş verdi, çarın öldürüldüyü yer müqəddəs ziyarətgaha çevrildi. Camaatdan yığılan pulla və çar ailəsinin dəstəyi ilə Aleksandr öldürülən yerdə onun şərəfinə möhtəşəm "Xilaskar qan kilsəsi” tikildi. Həmin yer bu gün də Peterburqun ən görkəmli ziyarət yerlərindən biridir. Qətldə məqsəd xalqı üsyana qaldırmaq idi, ancaq xalq çar ailəsi ətrafında daha sıx birləşdi. Sonra Rusiyada Stolıpin adlı bir nəfər çar imperiyasının baş naziri oldu, ciddi islahatlara başladı, ölkəni avropasayağı modernləşdirməyə çalışdı. Ancaq 1911-ci il avqustun sonunda ona 2 güllə atdılar, ağır yaralandı, sentyabrın 5-də öldü. Nəticədə hər şey yarımçıq aldı”.

Ekspertin fikrincə, Rusiyanın son çarı II Nikolay şəxsiyyət olaraq zəif olsa da, avropasayağı ölkə qurmaq istəyirdi:

"O da siyasi islahatlar etdi, parlament formalaşdı və daha böyük səlahiyyətlər aldı, yerli özünüidarə institutları yarandı. Amma bolşeviklər onu və bütün ailəsini məhv etdilər. Sovet Rusiyası isə tamam başqa yol tutdu - dünyadan təcrid olundu, Avropadan uzaq düşdü. Bu absurd yol nəticəsində Rusiya və ətrafı ciddi problemlərlə üzləşdi. SSRİ dönəmində Rusiya imperiyası sadəcə qiyafəsini dəyişdi, başqa ad və ideologiya ilə siyasətini davam etdirdi. Amma tarixində ən böyük güc mərkəzinə də məhz SSRİ dövründə çatdı”.

İqtisadçı bildirib ki, bu gün Kremlin SSRİ xiffəti məhz o güclü dövrə görədir:

"Rusiya indi məhz həmin gücü bərpa etmək istəyir, bütün hesablar SSRİ-nin bərpası üçündür. Təsadüfi deyil ki, Putin dəfələrlə 20-ci əsrin ən böyük faciəsini on milyonlarla insanın öldüyü II Dünya müharibəsinin deyil, məhz SSRİ-nin dağılması olduğunu vurğulayıb”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol