İranda dəhşətli yanğın: 10 ölü, 6 yaralı

İranın Xuzistan əyalətinin Əhvaz şəhərindəki çayxanaların birində dəhşətli yanğın baş verib.
Axar.az xəbər verir ki, bu barədə "Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.
Yanğın baş verən zaman içəridə 60-a yaxın insan olub. Xilasedicilərin səylərinə baxmayaraq, yanğın nəticəsində 10 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
www.anews.az
























