Tatlısəsdən cavab: Oğlum əsgərlikdə ikən...

Müğənni Dəmət Akalının "oğullarını əsgər göndər” sözlərinə İbrahim Tatlısəs oğlunun əsgərlik şəklini paylaşaraq cavab verib.
Kult.az xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında paylaşım edib.
"Mən o sözləri Dəmət xanıma deməmişdim. Sözü kimə dediyimi bilən, bilir… Söhbət vətən eşqindən gedirsə, oğlum Əhməd əsgərliyini Sarıqamışda çəkib. Qəhrəmanlığına görə isə 3 medal alıb. Həmin vaxt jurnalist Reha Muxtarla xəbərlərə belə çıxmışdı. Arxivləri araşdırıb tapın!” - Tatlısəs yazıb.
Qeyd edək ki, Hatayda əsgərlərlə görüşə çağırılmayan Dəmət bundan incidiyini dilə gətirmişdi. Tatlısəs isə hər kəsin dəvət olunduğunu, Akalının yersiz gileyləndiyini bildirmişdi. Dəmət sosial şəbəkə vasitəsilə "Mayın 2-də qardaşım hərbi xidmətə yola düşür. Tatlısəs də oğullarını göndərsin” yazmışdı.
www.anews.az
























