• $
  • €
  • ₽
  • ₺
  • £

Kriminal aləmdə yeni müharibə başlayır?- QİSAS ZAMANI

Kriminal aləmdə yeni müharibə başlayır?- QİSAS ZAMANI
11.04.2018 14:53
Avtoritetlər arasında canlanma başlayıb.
 
Belə ki, Türkiyədə cinayət aləminin lideri Laşa Şuşanaşvili (Laşa Rustavski) ilə yaxınlıq edən nüfuzlu oğru Qayoz Zviadadzenin (Qiya Kutaiski) killer tərəfindən öldürülməsi kriminal aləmdə yeni müharibəni başlada bilər. Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Qiyanın ölümü kriminal aləmi ayağa qaldırıb. Laşa Şuşanaşvilinin klanı artıq öz araşdırmalarına başlayıb. Hələlik cinayətin iki əsas versiyası ehtimal edilir. 

Qiya Kutaiski

Birinci ehtimala görə, Qiyanın ölümü Nezalejniydəki obşakın sahibi ukraynalı Andrey Nedzelski (Nedelya) ilə arasındakı konfliktlə əlaqəlidir. 

Laşa Şuşanaşvili

İkinci ehtimal daha güclüdür. Kutaisi cinayət aləminin nümayəndəsi Zvidadze həbsdən çıxan kimi ətrafında güclü komanda toplama başlayıb. İlk növbədə ona Merab Canqveladze (Merab Suximiskiy) klanına aid oğrular qrupu qoşulub. Onlardan ən məşhurları - Qeorqi Nijaradze (Qiya) və Qoça Alpaidze (Alfason)dur. Bu Merabın ciddi narazılığına səbəb olub. O, narazılığını dəfələrlə dar çevrədə dilə gətirib. Zamanla onun narazılığı əhəmiyyətli dərəcədə böyüyüb və Zviadadzenin Laşa Şuşanaşvili ilə yaxınlaşdığı vaxtda Canqveladze tərəfindən kəskin şərh edilib. 

Nedelya

Merab Canqveladze ilə Laşa Şuşanaşvili köhnə düşmənlərdir. Onlar arasındakı müharibə oğru aləmində 1 nömrəli oğru Aslan Usoyanın (Ded Hasan) ölümünə səbəb olub. 

Merab Suximiskiy

Cinayətin Zviadadze ilə şəxsi münaqişə zəminində olduğu məlum olsa, Qela Kardava qisas almaq istəyəcək. Lakin bu, qlobal "müharibə" yaratmayacaq. 

Ded Hasan

Lakin Zvidadzeni Laşanın şəriki kimi vurulduğu və Merabın bu işdə əli olduğu ortaya çıxsa, Laşa Şuşanşvili mütləq cavab verəcək. Və bu cavab çox güclü səs-küy gətirəcək. Üstəlik bu müharibəyə yeni qüvvələr də qatılacaq ki, bu, vəziyyəti daha da ağırlaşacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol