Rusiya hökuməti istefaya gedir

Rusiya Baş naziri Dmitri Medvedyev Rusiya hökumətinin nə zaman istefaya gedəcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, o, Rusiya Dumasında çıxışı zamanı hökumətin prezidentin 7 mayda baş tutan inauqurasiya mərasimindən sonra istefaya gedəcəyini bildirib.
Qeyd edək ki, Rusiyada 18 martda baş tutan seçkinin nəticələrinə əsasən, Vladimir Putin yenidən Rusiya prezidenti seçilib.
www.anews.az
























