• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyalı şahmatçı Şəmkirə getməkdən imtina etdi

Rusiyalı şahmatçı Şəmkirə getməkdən imtina etdi
11.04.2018 22:43
Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2018” superturnirin iştirakçıları siyahısında dəyişiklik edilib.

"ShamkirChess 2018”in Mətbuat xidmətindən anews.az-a verilən məlumata görə, sabiq dünya çempionu Vladimir Kramnik Təşkilat Komitəsinə məktub ünvanlayıb. 

Rusiyalı şahmatçı Almaniyanın paytaxtı Berlində keçirilmiş İddiaçılar Turnirindən sonra bir müddət istirahətə ehtiyacı olduğunu bildirib. Buna görə də Kramnik "ShamkirChess 2018”dən onu başqa şahmatçı ilə əvəzləməyi xahiş edib.

O, yarış iştirakçılarına uğurlar arzulayaraq növbəti illərdə Azərbaycanda keçiriləcək turnirlərə böyük məmnuniyyətlə qatılacağını yazıb. Beləliklə, Kramnik Şəmkirdə keçiriləcək Vüqar Həşimov Memorialında iştirak etməyəcək. Onu Polşa millisinin üzvü Radoslav Voytaşek (2744) əvəzləyəcək.

Qeyd edək ki, superturnirdə şahmat üzrə hazırkı dünya çempionu, "ShamkirChess” turnirinin ikiqat qalibi, FİDE reytinqində ilk pillədə qərarlaşan Maqnus Karlsen (Norveç, 2843), sonuncu İddiaçılar Turnirinin iştirakçısı, Çin təmsilçisi Dinq Liren (2778, FİDE reytinqində VIII yer), Dünya Kubokunun qalibi, şahmat tacı uğrunda matçın iştirakçısı Sergey Karyakin (Rusiya, 2778, FİDE reytinqində IX yer), Hollandiya şahmatının lideri Aniş Qiri (2777, FİDE reytinqində X yer), FİDE versiyası üzrə dünya çempionu Veselin Topalov (Bolqarıstan, 2749), çexiyalı David Navara (2745) iştirak edəcək.

Azərbaycanı "ShamkirChess” superturnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FİDE reytinqində II pillədə qərarlaşan Şəhriyar Məmmədyarov (2814), üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov (2748) və üçqat Avropa çempionu, blits üzrə Avropa çempionu Rauf Məmmədov (2704) təmsil edəcək.

"ShamkirChess 2018”in təntənəli açılış mərasimi aprelin 18-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. 9 turdan ibarət yarışa aprelin 28-də yekun vurulacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol