• $
  • €
  • ₽
  • ₺
  • £

Kreml Bakı üçün İrəvanı əzəcək – Pol Qobldan sensasiya

Kreml Bakı üçün İrəvanı əzəcək – Pol Qobldan sensasiya
17.04.2018 15:43
Axar.az ABŞ Xarici İşlər Nazirliyinin Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, ABŞ Dövlət Departamentinin keçmiş analitiki, ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri, Avrasiya millətləri üzrə ekspert Pol Qoblla eksklüziv müsahibəsini təqdim edir:

– ABŞ, Fransa, Böyük Britaniyanın Suriyaya endirdiyi zərbələr Rusiyanın Yaxın Şərq siyasətinə necə təsir edəcək?

– Qərbin indiyə qədər etdiyi heç bir şey Yaxın Şərqdə Moskvanın siyasət istiqamətini dəyişməyəcək. Bu, yalnız ABŞ-ın Əsəd hökumətinin əsas təşkilatlarına hücum etməsinin qarşısını almaq üçün rus qoşunlarından istifadəni mürəkkəbləşdirəcək.

Ancaq vaxt keçdikcə Moskva İranla yaxınlığı ucbatından Səudiyyə və İsraillə problemlərlə üzləşəcək. Bu da adıçəkilən ölkələrlə münasibətləri kəskinləşdirəcək. Ancaq Putinin "evdə” və xaricdə kursu dəyişdirmək üçün heç bir səbəb görmədiyini düşünmürəm.

– Deməli, tətbiq olunan sanksiyalar, Suriyaya edilən hücumlar yaxın gələcəkdə Rusiyanın Yaxın Şərq və digər ərazilərdə olan aqressiv siyasətini dəyişməyəcək...

– Putin hələ də öz köhnə siyasətini yeridir – müqavimətlə qarşılaşana qədər irəliləyir, maneə ilə rastlaşdığı zaman dayanır, Qərbin onun istədiyini qəbul etdiyi zaman yavaşlayacaq. Bu taktika, həqiqətən də, işləyir və Putin bu siyasəti hələ uzun zaman davam etdirəcək. Sanksiyalar Rusiya iqtisadiyyatına zərbə vursa da, Rusiyanın siyasi elitasına çox da təsir etməyib və bu, mənim fikrimcə, heç mümkün də deyil.

– ABŞ və müttəfiqlərinin Suriyaya etdiyi hücum İranın gələcək siyasətini necə, dəyişəcəkmi?

– Şübhəsiz ki, indi rəsmi Tehran Tramp administrasiyasının İrana hücum edə biləcəyini düşünür. Bu, həmçinin, ayətullahların rejimi üçün bir cəza da ola bilər... Demək çətindir. Zənnimcə, İran Suriyada Rusiya ilə birlikdə işləməkdən çox xoşbəxt olacaq. Çünki bu ona öz əməllərini ört-basdır etmək üçün kömək edəcək.

Hazırda ABŞ artıq öz müttəfiqləri ilə Suriyada Rusiyaya ehtiyac duymur. İranla gələcəkdə yarana biləcək problemlərin həllində isə ABŞ Putinin təsir vasitələrindən bəhrələnmək niyyətindədir.

– İran təhdidinin qarşısının alınması üçün ABŞ-la İsrail birgə addım ata bilərmi?

– Prinsipcə hə, praktiki olaraq yox. Problem ölçü və diqqət çatışmazlığıdır. İsrail həmişə ayətullaları diqqət mərkəzində saxlayacaq. Amma amerikalılarda belə deyil. Onlar diqqəti və lazım olan cavab refleksini dərhal verir. Bu, yalnız o halda baş verə bilər ki, İsrail rəsmi Vaşinqtonu real bir təhlükə ilə üzləşdiyinə inandıra bilsin.

– Corc Buşun dönəmində Con Bolton Azərbaycanı Rusiya Federasiyasının aqresiyasından qorumaq lazım olduğunu demişdi. Hazırda Bolton yeni ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri olmaq üzrədir. Bu, ABŞ-ın Azərbaycan siyasətinə təsir göstərə bilərmi?

– Ümid edirəm ki, cənab Bolton nə dediyini xatırlayır və buna uyğun davranacaq. Azərbaycanın Qafqazda müstəqil bir dövlət kimi fəaliyyəti və rəsmi Moskvadan asılı olmaması olduqca mühümdür.

– İlham Əliyev yenidən Azərbaycan Respublikası prezidenti seçildi. Regionda Rusiyayla İranın vəziyyətinin gərginləşməsi ölkəmiz üçün də çətin vəziyyət yaradır. Azərbaycandakı sabitliyi necə dəyərləndirirsiniz?

- Rusiya hazırda öz sərhədlərində yaranacaq hər hansı bir problemdən çəkinir. Buna görə də keçmişdə etməsinə baxmayaraq, qonşuları üçün narahatlıq yaratmayacaq. Moskvanın Cənubi Qafqazdakı siyasəti dəyişməz olaraq qalır: Gürcüstanı keçid yolu, Ermənistanı alət kimi istifadə edərək Azərbaycanı qazanmaq! Hazırda mənim təxminlərimə görə, rəsmi Moskva Qarabağ münaqişəsi ilə bağlı Ermənistana təzyiq göstərəcək və Ermənistanı uzaqlaşdıracaq. Bu, qeyri-real səslənə bilər, amma Moskva Azərbaycanı öz tərəfinə çəkmək üçün bu addımı atacaq kimi görünür. Rusiya Azərbaycana bundan artıq heç nə təklif edə bilməz.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol